Azərbaycanın pivə şirkətinin yeni rəhbərliyi seçiləcək
"Bakı-Pivə" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının qərarına əsasən, 23 avqust 2019-cu il tarixində Cəmiyyətin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
“ENA” ASC-nin bildirişinə istinadən xəbər verir ki, ümumi yığıncaq Bakıdakı "Qafqaz City Hotel"də keçiriləcəkdir.
ÜMUMİ YIĞINCAĞIN GÜNDƏLİYİ
1) Ümumi Yığıncağın sədrinin və katibinin seçilməsi;
2) Hesablama Komissiyasının buraxılması və yeni üzvlərin seçilməsi;
3) Təftiş Komissiyasının buraxılması və yeni üzvlərinin seçilməsi;
4) Cəmiyyətin Müşahidə Şurasının üzvlərinin və sədrinin seçilməsi;
5) Cəmiyyətin Təftiş Komissiyasının üçüncü üzvünün seçilməsi;
6) Cəmiyyətin 2018-ci maliyyə ili nəticələrinə aid olan hesabatların, mühasibat balanslarının, Cəmiyyətin 2018-ci il üçün mənfəət və zərər hesablarının təsdiq edilməsi;
7) 2018-ci maliyyə ilinin nəticələri üzrə illik dividendlərin ödənilməsi.
Keçmiş Xırdalan Pivə Zavodu olan "Bakı-Pivə" ASC-nin əmlakı "Carlsberg Azerbaijan" MMC-nin (əvvəlki "Baltika Bakı" MMC) icarəsindədir. "Carlsberg Azerbaijan" şirkəti mənzil-qərargahı Danimarkanın paytaxtı Kopenhagen şəhərində yerləşən “Carlsberg Group”a məxsusdur. "Bakı Pivə" ASC-nin də səhm nəzarət paketi “Carlsberg Group” şirkətinə məxsusdur. Pivə istehsalı və satışı ilə "Carlsberg Azerbaijan" şirkəti məşğul olur. Bu səbəbdən gəlirin böyük hissəsi bu şirkət tərəfindən götürülür.