BP mənfəətini açıqladı
Bu ilin III rübündə BP şirkətinin mənfəəti iki dəfə artaraq ötən ilin müvafiq dövründəki 1,86 mlrd. dollardan 3,8mlrd. dollara çatıb.
“Bİ” şirkətin hesabatına istinadən xəbər verir ki, bu, son 5 ildə rüblük ən yüksək göstəricidir.
Şirkətin mənfəətinin artmasının neftin qiymətinin qalxması və yeni yataqlardan hasilatın artımı ilə əlaqədar olduğu bildirilir.
Bu ilin iyul-sentyabr aylarında şirkətin gəlirləri ötən ilin müvafiq aylarındakı 60,8 mlrd. dollardan 80,8 mlrd. dollara çatıb.