Dünyanın ən böyük hava limanı tikildi - VİDEO

Çinin Pekin şəhərində dünyanın ən böyük hava limanı – “Dasin”in tikintisi başa çatıb.
ENA.az xəbər verir ki, bu barədə “RİA Novosti” şəhər hakimiyyətinə istinadən xəbər verib.
Hava limanı şəhər mərkəzindən 46 kilometr aralıqda yerləşir. Onun ümumi sahəsi 1 milyon kv.m təşkil edir.
Layihənin müəllifi mərhum britaniyalı memar və dizayner Zaha Hadiddir.