Bank

Dolların məzənnəsi dəyişəcəkmi? - ELMAN RÜSTƏMOVDAN AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov qarşıdakı dövrdə manat/dollar məzənnəsi və dəyişmə ehtimalı ilə bağlı sualı cavablandırıb. 

"" xəbər verir ki, onun sözlərinə görə, Mərkəzi Bank pul kütləsinin hədəflənməsi rejimindədir. Yəni əsas məqsəd məzənnə deyil: «Məzənnə bizim aralıq hədəfimizdir. Bizim əsas hədəfimiz qiymət sabitliyidir». 


Elman Rüstəmov bildirib ki, dolların məzənnəsi ilə bağlı dəqiq proqnoz yoxdur, amma daxili və xarici amillər Azərbaycanın xeyrinədir: «Dəqiq proqnoz deyə bilmərəm, amma həm daxili, həm də xarici şərait göstərir ki, makroiqtisadi  sabitlik var. O cümlədən, neftin qiyməti  sabitdir və yüksəkdir. Valyuta mövqeymiz möhkəmdir. ÜDM-nin də artımı dayanıqlıdır. Bütövlükdə bu məsələ makroiqtisadi sabitlikdən asılı olacaq, amma dediyim kimi, bu sahədə sabitlik var».  

Elman Rüstəmov bildirib ki, yeni büdcə qaydalarının tətbiqi və orta müddətli xərclər strategiyasının tətbiqi bizə gələcəyə optimist baxmağa imkan verir. İnanıram ki, AMB və Maliyyə nazirliyi birgə fəaliyyətlə orta müddətli dövrdə makroiqtisadi sabitliyi qorumaq üçün lazımi addımları atacaq. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)