MALİYYƏ

Azərbaycanda 1 investisiya şirkətinin əlavə gəlirləri 100 min manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 8 investisiya şirkətinin hamısı 2018-ci ildə əlavə gəlirlər əldə edib ki, onlardan 1-də bu göstərici nəzərəçarpacaq dərəcədə çox - 623 min manatdır.

"ENA" xəbər verir ki, bu, "PSG Kapital" investisiya şirkətidir.

Qalan 7 investisiya şirkətindən 4-də əlavə gəlirlər 10-100 min manat arasında, 2 investisiya şirkətində isə 10 min manatdan azdır.

"PSG Kapital" həm də ötən il əlavə gəlirlərini artırmış yeganə investisiya şirkətidir. "Azfinance" investisiya şirkətinin isə 2018-ci ildə əlavə gəlirləri azalıb - 42,5%. 5 investisiya şirkətinin - "İnvest-AZ", "PAŞA Kapital", "Plato Capital and Co.", "Unicapital" və "Xalq Kapital"ın 2017-ci ildə əlavə gəlirləri olmayıb (əlavə xərcləri olub), 1 investisiya şirkəti - "BTB Kapital" isə qiymətli kağızlar bazarına ötən il daxil olub. Odur ki, onların əlavə gəlirlərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)