1 milyonluq "ev davası"ndan şikayət verildi
Külli miqdarda dələduzluqda təqsirli bilinərək azadlıqdan məhrum edilən Elşən Əhmədov barəsindəki hökmdən apelyasiya şikayəti verib.
"Report"un xəbərinə görə, şikayət Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrlik etdiyi kollegiya tərəfindən araşdırılır.
Baxış iclası iyunun 25-nə təyin edilib.
Qeyd edək ki, 1983-cü il təvəllüdlü Əhmədov Elşən Rəşid oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, E.Əhmədov 8 nəfərə qarşı dələduzluq edib. O, ümumilikdə, 1 milyon manata yaxın maddi zərər vurmaqda ittiham edilir. İttihama görə, həmin məbləğin 800 min manatı E.Əhmədovun keçmiş müdiri Faiq Quliyevə məxsusdur.
Zərərçəkmişlərə ev satmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən E.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Ə.Əhmədov daha əvvəl də dələduzluq və quldurluq ittihamları ilə iki dəfə məhkumluq həyatı yaşayıb.