Azərbaycanda 5 investisiya şirkətinin balans kapitalı 1 milyon manatdan çoxdur
Bu il yanvarın 1-nə, Azərbaycanda fəaliyyət göstərən 8 investisiya şirkətindən 5-nin balans kapitalı 1 milyon manatdan çoxdur.
Həmin investisiya şirkətləri "PSG Kapital", "İnvest-AZ", "Azfinance", "PAŞA Kapital" və "Unicapital"dır.
Qalan 3 investisiya şirkətindən 2-nin - "Xalq Kapital" və "BTB Kapital"ın balans kapitalı 1 milyon manatdan azdır, 1 investisiya şirkətinin - "Plato Capital and Co."nun balans kapitalında isə 15 min manatlıq çatışmazlıq var (yəni, kapitalı mənfiyə düşüb).
8 investisiya şirkətindən 6-sı 2018-ci ildə balans kapitalını artırıb. Bunlar "PSG Kapital", "İnvest-AZ", "PAŞA Kapital", "Xalq Kapital", "Azfinance" və "Unicapital" investisiya şirkətləridir. Ən yüksək dinamika "PSG Kapital"da (2,4 dəfə), ən aşağı dinamika isə "Unicapital"da (19,6%) qeydə alınıb.
"Plato Capital and Co."nun balans kapitalı göstəricisi müsbətdən mənfiyə dəyişdiyi üçün, "BTB Kapital" isə qiymətli kağızlar bazarına ötən il daxil olduğu üçün onların balans kapitalının dinamikasını hesablamaq mümkün olmayıb.