Sosial iqtisadiyyat

Vergi və DSMF hesabatları birləşdirilir - YENİLİK

Sahibkarların vergi və sosial ödənişlərlə bağlı rüblük hesabatları vahid formada birləşdiriləcək

ENAaz xəbər verir ki, bunu Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov Milli Mühasiblər Forumundakı çıxışında qeyd edib.

Eləcə də bax: Müəllimlərin maaşı artımdan sonra belə hesablanacaq

Nazirlik rəsmisinin sözlərinə görə, artıq muzdlu işlə bağlı gəlir vergisi bəyannaməsi, məcburi dövlət sosial sığortası bəyannaməsi, işsizlikdən sığorta üzrə hesabatlar vahid formada birləşdirilərək sahibkarların istifadəsinə veriləcək: "Düşünürük ki, bu xüsusi standart EXCEL forması olacaq. Həmin sənədi doldurarkən sistemə import edildikdə hər 4 bəyannamənin tələbləri vahid sənəddə müvafiq bölmələrdə doldurulacaq".

N.Şirinov qeyd edib ki, bu yenilik həm ölkəmizin "Doing Business" hesabatlarında irəli getməsinə, həm də sahibkarların işini rahatlaşdırmaqda xeyli kömək göstərəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department