SOCAR və BOTAŞ birgə əməliyyat şirkəti yaradırlar
SOCAR və Türkiyənin BOTAŞ şirkəti Trans-Anadolu qaz kəmərinin (TANAP) idarə edilməsi məqsədi ilə birgə əməliyyat şirkətini yaratmaq qərarına qəliblər.
“ENA”nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, tərəflər bu qərara (50/50 şərti ilə) bir neçə ay bundan əvvəl gəliblər. Şirkətin yaradılmasında Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin idarə edilməsi üçün təsis olunan əməliyyat şirkətinin modelindən istifadə olunacaq.
Qeyd edək ki, 2001-ci ildə BTC-nin Türkiyə hissəsinin idarə edilməsi üçün “BOTAŞ International” (BIL) şirkəti yaradılıb.