Birja

Vahid Əhmədov: Camaatın 100 min manatlıq əşyasına 5 min manat qiymət qoyurlar

Lombard rəhbərləri camaatı incidirlər.

Bu fikir “Lombardlar haqqında” yeni qanun layihəsinin parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəsi zamanı səsləndirilib.

Qeyd edək ki, ümumiyyətlə, qanun layihəsi deputatların narazılığına səbəb olub. 

Vahid Əhmədov müzakirələr zamanı bildirib ki, Azərbaycanda vətəndaşlar lombardların fəaliyyətindən narazıdır. 

“Lombardlarla bağlı çoxlu şikayətlər daxil olur. Lombard rəhbərləri camaatı incidirlər. Ona görə də belə bir qanun layihəsinin olması vacib idi. Ancaq bu qanun layihəsi yetərli deyil. Bu layihədə düzəldilməli olan bir çox məsələlər var.

Biz bilirik ki, lombardlara müraciət edən adamlar kasıb insanlardır. Tez müddətdə onlar qiymətli əşyalarını qoyub pul götürmək istəyirlər. Ancaq layihədə qeyd olunur ki, bunun üçün müqavilə, qəbz, digər üsullardan istifadə olunmalıdır. Daha sonra layihədə deyilir ki, lombard verilmədiyi halda vətəndaş məhkəməyə müraciət edə bilər. Nəyə görə son zamanlar bu qurumlar vətəndaşı məhkəmələrə yönləndirir?

Biz elə etməliyik ki, insanların işini çətinləşdirməyək. Çünki lombardlarla bağlı məsələdə biabırçılıq baş alıb gedir. İnsanların 100 min manatlıq əşyalarını beş min manat dəyərində qiymətləndirirlər”, - deyə millət vəkili əlavə edib.

Millət vəkillərindən Əli Məsimli ilə İlham Əliyev də qanun layihəsini sərt tənqid ediblər.

Hər iki millət vəkili qanun layihəsinin yenidən hazırlanmasını və təkmlilləşdirilməsini təklif edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)