"8-ci km bazarı"nın qarşısında dayanma və durma qaydalarının tətbiqinə başlanılıb
Bakının Nizami rayonu, Qara Qarayev prospektində dayanma və durma nişanlarının quraşdırılması ərazidəki tıxacları aradan qaldırıb.
Bu barədə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
O bildirib ki, Q.Qarayev prospektində "Diqlas" Ticarət Mərkəzi və "8-ci kilometr" bazarının qarşısından keçən hissədə avtomobillərin dayanma, durma qaydalarına riayət etməsilə bağlı tədbirlər görülür. Görülən tədbirlər nəticəsində ərazidə tıxac yaranmır, avtomobillərin normal hərəkəti təmin edilib.