Sığorta

Sığorta bazarının göstəriciləri açıqlanıb

2018-ci ilin yanvar-sentyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 568.5 mln. manat məbləğində sığorta haqları toplanıb, 186.9 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.           

BI Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı icmala əsasən xəbər verir ki, könüllü sığorta bazarı üzrə haqlar 414.9 mln. manat, ödənişlər isə 137.3 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 153.6 mln. manat, ödənişlər isə 49.6 mln. manat olub.

2018-ci ilin yanvar-sentyabr ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73%-i  könüllü, 27%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta  ödənişlərinin 73.5%-i könüllü, 26.5%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department