3 ayda 2-ci dəfə kapitalını artırdı
Bakıda fəaliyyət göstərən "Prior Leasing" ASC nizamnamə kapitalını daha 3 milyon manat və yaxud 2,5 dəfə artıraraq 2 milyon manatdan 5 milyon manata çatdırıb.
Bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verilir.
Bu, son 3 ay ərzində "Prior Leasing"də 2-ci kapital artımıdır. Bundan əvvəl şirkətin nizamnamə kapitalı 200 dəfə artırılaraq 10 min manatdan 2 milyon manata çatdırılıb, eləcə də rəhbəri dəyişdirilib ( Eldəniz Rüstəmovu Azər Hümbətov əvəz edib).
2014-cü ildə yaradılmış "Prior Lizinq"in son vaxtlar aktivləşdiyi hiss olunur. Şirkət daha çox kənd təsərrüfatı texnikalarının və heyvanlarının lizinqlə alışını maliyyələşdirir.