Sosial iqtisadiyyat

Sabah Bakıda yükdaşıma sahəsində ilin anlaşma müqaviləsi imzalanacaq

Sabah Dövlət Gömrük Komitəsi İBM şirkəti ilə yükdaşıma sahəsində anlaşma müqaviləsi imzalanacaq.

"ENA" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bu gün Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) “İnformasiya Texnologiyaları  Konfransı və Sərgisi”ndən sonra jurnalistlər üçün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ticarətdə idxal-ixrac əməliyyatlarında blokçeyn texnologiyasından istifadə olduqca mühümdür: “Sabah Dövlət Gömrük Komitəsi ilə İBM şirkəti arasında yükdaşıma sahəsində blokçeyn texnologiyalarından istifadə ilə bağlı müqavilə imzalanacaq”.

Komitə sədri bildirib ki, bununla da bu müqavilə Azərbaycanda istifadəsində bir ilk olacaq: “Blokçeyn texnologiyası məlumatların birgə istifadə edilməsi deməkdir. Bu texnologiyanın ölkəmizə gətirilməsi sürətli keçid əməliyyatının daha sürətləndirilməsi, asanlaşmasında, sahibkarların idxal-ixrac əməliyyatlarında işinin daha da asanlaşması üçün atılacaq bir addım olacaq. Avropadan və dünyanın istənilən yerindən Azərbaycana gələn yük barəsində bütün məlumatları – onun həcmi, hansı şirkətə məxsuis və istehsal məlumatları olması barədə ilkin məlumatları əldə edəcəyik”.

Komitə sədri bildirib ki, bu texnologiyanın tətbiqi onlayn olaraq bütün qurumlara istifadə etməyə imkan verəcək və bu məlumatlar bizim bazaya inteqrasiya edilməsinə imkan verəcək.

S. Mehdiyev deyib ki, hazırda mütəxəssislər bu sahədə çalışırlar: “İlin anlaşma müqaviləsi sabah imzalanacaq və qısa müddətdə tətbiqinə başlanılacaq. Gələcəkdə bu texnologiya həm hava, həm də quru daşımalarında da öz əksini tapacaq”.

"Artıq bundan sonra biz hansı konteynerin harada olması haqqında məlumat əldə edəcəyik. Bunun üçün isə heç kimə müraciət etməyə ehtiyac olmayacaq. Bütün məlumatlar bizim sistemə avtomatik inteqrasiya ediləcək".

DGK sədri deyib ki, ilin sonuna qədər bu razılaşmanın təbiqi mümkün olacaq.

S.Mehdiyev həmçinin digər ölkələrlə də blokçeyn texnologiyalarının tətbiqi sahəsində də anlaşmaq üçün hazırlaşdıqlarını əlavə edib:

"Bundan başqa Azərbaycan bir çox dövlətlərlə blokçeyn texnologiyasının layihəsi üzərində ikitərəfli və çoxtərəfli şəkildə işləyir. Xüsusən də GÜAM ölkələrini təmsil edən təşkilatla layihəmiz artıq başlanılıb. Layihəni Ukrayna ilə Azərbaycan birgə həyata keçirir. Gürcüstanla Moldova da ona dəstək verir. Normal bir model ortaya qoymaqla o texnologiyanın üstünlüklərindən istifadə edəcəyik".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)