"Royal Bank"ın təminatsız kreditorlarının tələbləri ödəniləcək
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Royalbank" ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 18 iyun 2019-cu il tarixindən etibarən başlanacaq.
Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.
Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraçiət edərək bank rekvizitlərini qeyd etsinlər.
Əlavə məlumat almaq üçün əlaqə nömrələri:
Bakı ş. (012) 596 65 91/92/93
Qaynar xətt: 941