"Bank Standard”ın satılan əmlakları ilə bağlı ictimaiyyətə məlumat verilir"
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müavini Vüqar Abdullayev ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənovun Fondun ünvanına səsləndirdiyi ittihamlara cavab verib.
ADIF-in rəhbəri Bankın əmlakının satılmasında, eləcə də götürülmüş kreditlərin geri qaytarılmasında kreditorlar qədər maraqlı olduqlarını bildirib.
“Burada fikir səsləndi ki, guya biz əmlakların satılmasında və kreditlərin qaytarılmasında maraqlı deyilik. Amma bu vaxta qədər 600 milyon manatlıq kreditin qaytarılması üçün hüquq-mühafizə orqanlarına müraciətlər edilib. Həmin müraciətlərdəki məlumatlar istintaq sirridir və buna görə də kiməsə təqdim edilmir. Bankın əmlakının satılmaması barədə deyilənlər də həqiqəti əks etdirmir. Satılan əmlaklarla bağlı ictimaiyyətə məlumat verilib”, - deyə o qeyd edib.