Bank

"Mikro kreditlər sahəsində Azərbaycan bazarının 60 faizinə sahibik"

AccessBank kredit portfelinin həcminə görə Azərbaycanda fəaliyyət göstərən banklar arasında ilk beşlikdə təmsil olunur.

"ENA.az" xəbər verir ki, AccessBank-ın idarə heyətinin sədri Anar Həsənov bildirdi ki, depozit portfelinin həcminə görə də bank ilk onluqda yer tutur. Ümumilikdə isə TOP-10 bank Azərbaycanda bank bazarının 80 faizini əhatə edir. Devalvasiydan ötən 4 ildə isə Azərbaycanda 13 bank bağlanıb. Anar Həsənov hesab edir ki, AccessBanka depozit yatırımı elə sürətlə artır ki, bankın artıq kredit vermək üçün xaricdən maliyyə resursu almasına ehtiyac olmayacaq. "Gömrük və vergi" mövzusunda biznes forumda çıxış edən Anar Həsənov "Mikro kreditlər sahəsində Azərbaycan bazarının 60 faizinə sahibik", deyə vurğuladı. Qeyd edək ki, 2018-ci ildə AccessBankın kredit portfeli 542 milyon manat, 2017-ci ildə isə 599 milyon manat olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department