MALİYYƏ

Ticarət müharibələrinə valyuta müharibələri əlavə oluna bilər

Ticarət müharibələri – son iki ildə gündəmdə olan əsas məsələlərdən biridir. Yaxın gələcəkdə mövcud problemlərə valyutaları zəiflətmək cəhdləri də əlavə oluna bilər.

Bu gün dünya iqtisadiyyatı növbəti böhran astanasındadır, müxtəlif ölkələrin mərkəzi bankları iqtisadiyyatlarının möhkəmləndirilməsi üçün əllərindən gələni etməyə hazırdırlar. Bu, valyutaların zəiflətmək cəhdləri hesabına baş tuta bilər, adətən belə prosesə devalvasiya deyilir.

Hələ ötən ildə ÇXR-in Xalq Bankı aktiv şəkildə yuanın devalvasiyasına başlamışdır. Hazırda milli valyutanın dollara olan nisbəti 7 yuan təşkil edir.

Avropa artıq bir neçə ildir ki, böhrandan çıxa bilmir və hal-hazırda Mərkəzi Bank yeni vasitələrə əl atmağa hazırdır. Bu haqda mənbələrə istinadən Reuters xəbər agentliyi xəbər verib.

Avropa Mərkəzi Bankı Federal Ehtiyatlar Sisteminin faiz dərəcəsini aşağı salmasından və nəticədə avronun dollara münasibətdə möhkəmlənməsindən narahat olduğunu bildirib.

“Biz faktiki olaraq Avropanın yaponlaşmasını müşahidə edirik”, – deyə Mizuho Financial Group-un iqtisadçısı Daisuke Karakama bildirib: Yaponiya Mərkəzi Bankı sıfır dərəcəsi tələsinə düşərək, inflyasiya və iqtisadi artımı sürətləndirmək məqsədilə yarım kvadrilyon yen çap edib.

Bu arada vahid Avropa valyutası son zamanda carry-trade əməliyyatlarında demək olar ki, əsas valyutaya çevrilib və bazardakı neqativ situasiyalar nəticəsində ucuzlaşmaq əvəzində daha da bahalaşır.

Mövcud vəziyyətdən narahat olan ölkələrdən biri ABŞ-dır. Ölkə prezidenti Donald Tramp, Federal Ehtiyatlar Sistemini valyutanı zəiflətməyə çağırır.

Daha kiçik iqtisadiyyatların narahatlığı üçün heç bir səbəb yoxdur : onların valyutaları monetar orqanların iştirakı olmadan da ucuzlaşır.

Bütün dünyada devalvasiya yarışması müşahidə olunur: mərkəzi banklar valyutalarını zəiflətmək üçün əllərindən gələni etməyə çalışırlar.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)