2019-cu ilin sonlarına doğru satışa çıxır - 7 NƏFƏRLİKDİR /FOTO-VİDEO
Mercedes-Benz-in yeni yığcam SUV-si təqdim edildi.
Mersedes-Benz, yığcam (kompakt) sinifdəki yeni nümayəndəsinin - GLB-nin üzərindəki örtüyü götürüb.
"ENA" xəbər veri rki, bir müddət əvvəl Mersedes-Benz GLB modelinin konsept versiyası təqdim edilmişdi. İndi GLB-nin istehsala hazır versiyası təqdim edilib. Dizaynında markanın böyük SUV modellərindən əlamətlər olan yığcam GLB 7 nəfərlikdir. Avtomobil 4 təkərdən çəkiş sistemi ilə sinifindəki rəqabətə daxil olacaq.
GLA və GLC modelləri arasında yer alan GLB-də, A Seriyası, CLA, GLA və B Seriyasında istifadə edilən platformadan istifadə ediləcək.
Avtomobilin 1.3 litr və 2 litr benzin və 2 litir dizel mührərrikli verisyaları olacaqdır. 1.3 litr mühərrikli versiyada 7 pilləli avtomatik sürətlər qutusu, 2 litr mührrik versiyalarında isə 8 pilləli avtomatik sürətlər qutusu quraşdırılacaq. 2 litr mühərrik 223 at gücü və 350 Nm tork hasil edəcək və SUV-nin 100 km/saat sürətə 6.9 saniyədə çatmasını təmin edəcək.
Avtomobil 100 kilometrə mühərikdən asılı olaraq 6 - 7,2 litr yanacaq sərf edəcəkdir.
Avtomobilin 2019-cu ilin sonlarına doğru satışa təqdim edilməsi hədəflənir.