İnşaat və əmlak

İpoteka və Kredit Zəmanət Fonduna yeni səlahiyyətlər verildi

İpoteka və Kredit Zəmanət Fonduna yeni səlahiyyətlər verilib.

"ENA" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” , “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” və “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” 2019-cu il 25 yanvar tarixli 488 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman imzalayıb

Dəyişikliklə İpoteka və Kredit Zəmanət Fonduna yeni səlahiyyətlər verilib.

Kirayə müqaviləsinin bağlanılması üzrə Fond aşağıdakı istifadə imkanlarına malikdir:

1. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxslərin müraciətlərini növbəlilik əsasında qeydiyyata almaq, müraciət edən şəxslə münasib görüş vaxtını təyin etmək;

2. kirayə müqaviləsinin bağlanılması ilə bağlı müvafiq qərar qəbul edildiyi gün bunu müraciət edən şəxsə bildirmək;

3. kirayə müqaviləsi bağlamış şəxslərin dosyesini yaratmaq, redaktə etmək, dosye üzrə sənədlərin surətlərini elektron sistemə daxil etmək;

4. satmaq öhdəliyi ilə kirayəyə verilməsi məqsədilə mülkiyyətində olan yaşayış sahələri barədə məlumatı elektron sistemə daxil etmək;

5. kirayə müqaviləsinin bağlanılması üçün tələb olunan və bu Əsasnamənin 6.2-1-ci bəndində nəzərdə tutulmuş məlumatları almaq;

6. elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)