DGK 5 ayda büdcəyə ödənişləri 31% artırıb
Bu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 1 733,497 mln. manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 407,861 mln. manat və yaxud 30,8% çoxdur.
Bu barədə DGK-dan bildirilib.
Məlumata görə, son 1 ildə büdcəyə daxil olan gömrük rüsumlarının məbləği illik müqayisədə 62,465 mln. manat və yaxud 18,3% artaraq 403,939 mln. manat, ƏDV üzrə daxilolmaların məbləği 284,57 mln. manat və yaxud 31,2% artaraq 1 196,512 mln. manat, aksizlər üzrə daxilolmaların məbləği 57,278 mln. manat və yaxud 2 dəfə artaraq 116,205 mln. manat, yol vergisi üzrə daxilolmaların məbləği isə 2,48 mln. manat və yaxud 17,8% artaraq 16,842 mln. manat təşkil edib.