Sosial iqtisadiyyat

Məktəblərin akkreditasiyası üçün dövlət rüsumlarının məbləğləri azaldılır

Azərbaycanda bəzi təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi üçün müəyyən edilən dövlət rüsumunun məbləği azaldılır.

"ENA" xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu" haqqında qanuna dəyişikliklər edilir.

Qanunun Milli Məclisə (MM) birinci oxunuş üçün təqdim edilən və qəbul edilən variantında məktəbəqədər təhsil müəssisələrinin akkeditasiyası üçün dövlət rüsumunun məbləği 3000, ümumi təhsil müəssisələri üçün 5000, məktəbdənkənar təhsil müəssisələri üçün 7000, peşə təhsili müəssisələri üçün 10 000, orta ixtisas müəssisələri üçün 15 000, ali təhsil müəssisələri üçün 20 000, əlavə təhsil müəssisələri üçün 15 000, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr üçün 15 000 manat müəyyən edilmişdi.

MM-ə ikinci oxunuş üçün təqdim edilən qanun layihəsində isə bəzi rüsumların məbləğləri azaldılıb.

Təklif olunan yeni layihədə variantında məktəbəqədər təhsil müəssisələrinin akkeditasiyası üçün dövlət rüsumunun məbləği 2000, məktəbdənkənar təhsil müəssisələri üçün 5000, orta ixtisas müəssisələri üçün 12 000, əlavə təhsil müəssisələri üçün 12 000, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr üçün 12 000 manata endirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)