İnvestisiya şirkətlərinin dövriyyələri - AÇIQLANDI
Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin (investisiya şirkətlərinin) dövriyyələri açıqlanıb.
Birjadan "ENA"ya daxil olmuş məlumata görə, "PSG Kapital İnvestisiya Şirkəti" QSC 3 milyard 342 milyon manat dövriyyə ilə 1-ci, "AzFinance İnvestisiya Şirkəti" QSC 1 milyard 74 milyon manat dövriyyə ilə 2-ci, "Xalq Kapital İnvestisiya Şirkəti" QSC 746 milyon 381 min manat dövriyyə ilə 3-cü, "İnvest-Az İnvestisiya Şirkəti" QSC 716 milyon 293 min manat dövriyyə ilə 4-cü yeri tutub.