Vakansiyalar

"Beynəlxalq Bank" işçi axtarır - VAKANSİYA

 “ABB” ASC  İnsan resurslarının idarə edilməsi və təşkilati işlər departamentinin İşə qəbul və planlaşdırma şöbəsinə Mütəxəssis /Aparıcı /Baş Mütəxəssis vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

 Bankın işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;
 Yaranan vakansiyaların bankdaxili və bankxarici elanlarını hazırlamaq və yerləşdirmək;
 Daxil olan CV-lərin qeydiyyatını aparmaq və daim namizədlər bazasını yeniləmək;
 İşəqəbul testlərini həyata keçirtmək;
 Vakansiyalara uyğun namizədləri seçmək, ilkin müsahibələri təşkil etmək, müsahibə nəticələri barədə namizədlərə məlumat vermək;
 İşəqəbul hesabatlarını hazırlamaq;
 Əmək yarmarkaları və digər işə qəbul layihələrində iştirak etmək;
 Yeni işçilərin rəsmi qeydiyyatını aparmaq və sınaq müddətlərini izləmək;

Tələb olunan səriştələr:

 Komandada işləmək bacarığı;
 Vaxtı idarə etmək qabiliyyəti;
 Qərar vermə;
 Ünsiyyət bacarığı;
 Təqdimat bacarığı;
 Konfliktlərin idarəedilməsi;

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil;
 Azərbaycan, İngilis və Rus dillərini mükəmməl səviyyədə bilmək;
 1 ildən 3 ilə qədər bank sektorunda işəqəbul sahəsində iş təcrübəsi;
 MS office proqramlarını əla səviyyədə bilmək;

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində  iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı; 
 Dil biliklərinizi inkişaf etdirmək imkanı;
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  10 iyun 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İşəqəbul üzrə mütəxəssis/aparıcı /baş mütəxəssis ” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department