Hesabatlar

"Azərkosmos" zərərdən çıxa bilməyib - FANTASTİK YIĞILMIŞ ZƏRƏR

“Azərkosmos” ASC 2018-ci ili 6 milyon 462 min manat zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, ASC 2017-ci ili 16 milyon 97 min manat zərər ilə bağlamışdı. Beləliklə, illik müqayisədə “Azərkosmos”un zərəri 2,5 dəfə azalıb.

 

SATIŞDAN GƏLİRLƏR AZALIB

ENA” “Azərkosmos” ASC 31 dekabr 2018-ci il tarixinə Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun Maliyyə Hesabatlarına istinadən xəbər verir ki, 2017-ci ildə satışdan gəlirlər 37 milyon 86 min manat ikən 2018-ci ildə 36 milyon 812 min manat təşkil edib.

Ötən il “Azərkosmos”un cəmi gəlirləri 45 milyon 379 min manat, cəmi xərcləri 51 milyon 842 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən ASC-nin 6 milyon 462 min manat zərəri yaranıb.

 

XƏRCLƏRİ AZALIB

2017-ci ildə “Azərkosmos”un cəmi gəlirləri 42 milyon 292 min manat, cəmi xərcləri isə 58 milyon 390 min manat təşkil etmişdi. Nəticədə ASC ili 16 milyon 97 min manat zərər ilə bağlamışdı.

2017-ci illə müqayisədə ötən il maliyyə xərcləri 1,8 dəfə azalaraq 7 milyon 451 min manatdan 13 milyon 807 min manata düşüb. Maliyyə xərclərinin azalması zərərin azalmasına təsir göstərib.

2018-ci ilin sonunda “Azərkosmos”un yığılmış zərəri 313 milyon 191 min manat təşkil edib. 2017-ci ilin sonunda bu rəqəm 308 milyon 154 min manat idi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)