BİZNES

İri və orta müəssisələr niyə bağlanır? - MONİTORİNQ APARILSIN

“2018-ci ildə manatın məzənnəsi sait qalıb, inflyasiya təkrəqəmli olub”.

"ENA" xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsinin I oxunuşda müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib. 

Z.Səmədzadə deyib ki, keçən il xarici ticarət dövriyyəsi 30,9 faiz artaraq 31,8 milyard dollara çatıb, 20,3 milyard dollar müsbət saldo yaranıb: “Keçən il şəffaflığın bərpa olunması üçün vergi ödəyicilərinə zaman verilib, səyyar yoxlamalar 3,4 dəfə azalıb. Vergi proqnozu 7 milyard 380 milyon manata qarşı 7 milyard  415 milyon manat icra olunub. 2018-ci ildə dövriyyələrin şəffaflaşdırılmasına başlanıb. İqtisadiyyat üzrə dövriyyənin 5,3 faizi sadələşdirilmiş vergiyə cəlb edilib. Özəl sektordan daxil olmalar vergi daxilolmaların 5,1 faizə, vergi ödəyicilərinin sayı 970 304 nəfərə çatıb. Keçən il açılan müəssisələrin sayı bağlanan müəssisələrin sayından 1,9 dəfə çox olub. Təklif edərdim ki, müvafiq strukturlar bağlanan müəssisələrin monitorinqini aparsınlar. İri və orta müəssisələr niyə bağlanır? Biz bunu araşdırsaq, əminəm ki, konkret nəticələr əldə olunar və fəaliyyətini dayandıran müəssisələrin sayını minimuma endirə bilərik. Hər bağlanan müəssisənin arxasında işçilər, məşğulluq dayanır”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)