Bank

Rusiyada daha bir bank bağlandı

Rusiya Mərkəzi Bankı bu gündən “Kemerov sosial-innovasiya bankı” kredit təşkilatının bank əməliyyatlarının həyata keçirilməsi üçün lisenziyasını ləğv edib.

ENA” tənzimləyicinin yaydığı məlumata istinadən xəbər verir ki, kredit təşkilatı bank fəaliyyətini tənzimləyən federal qanunları, həmçinin Rusiya Bankının normativ akrtlarını pozub və bununla əlaqədar olaraq son 12 ayda Mərkəzi Bank dəfələrlə banka qarşı nəzarət xarakterli tədbirlər həyata keçirilib, o cümlədən əhalidən əmanətlərin cəlb olunmasına məhdudiyyətlər tətbiq edib.

1 aprel tarixinə aktivlərinin həcminə görə “Kemerov sosial-innovasiya bankı” bank sistemində 320-ci yerdə olub.

Xatırladaq ki, bu ilin əvvəlindən Rusiyada 9 bank bağlanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)