MALİYYƏ

Azərbaycandakı startaplara maliyyə vəsaiti ayrılacaq - MEMORANDUM İMZALANDI

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə "DAAL Venture Capital" arasında anlaşma memorandumu imzalanıb.

"ENA" xəbər verir ki, imzalanma mərasimi mayın 30-da Bakıda keçirilən "Munnix Summit" çərçivəsində baş tutub.

Sənədi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və “DAAL Venture Capital" şirkətinin icraçı direktoru Abdurrahman Al-Qahdani imzalayıblar.


Memoranduma əsasən, tərəflərin birgə yaradacağı fond vasitəsilə Azərbaycandakı startaplara maliyyə vəsaiti ayrılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)