Sənaye

SOCAR Rusiyada da zavod almaq istəyir

SOCAR Rusyada Antipinskiy neft emalı zavodunun alınması məsələsinə baxır.

"ENA" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

Eləcə də bax: SOCAR iki Türkiyə şirkətini satın aldı

 

"Hazırda bu məsələ üzrə işlər aparılır", - deyə R. Abdulllayev qeyd edib.

Rusiya bazarının böyük olduğunu qeyd edən Rövnəq Abdullayev sözügedən ölkədə neft emalı zavodunun alınması sahəsində işlərin aparılmasını bildirib: "Hələ bu məsələ ilə bağlı bir nəticə əldə edilməyib".

Qeyd edək ki, aprelin əvvəlində SOCAR-ın "New Stream"ın  Antipinskiy neft emalı zavodunu və bir sıra neft yatağını satın ala bilməsi barədə məlumat yayılmışdı. SOCAR neft emalı zavodunu (100%) və ona məxsus olan Orenburq vilayətində yerləşən "Moqutovskoye", "Qremyaçevski" və "Vorontsovsk" neft yataqlarının bir hissəsinə sahib ola biləcəyi barədə deyilirdi. SOCAR "simvolik" məbləği ödəyib və zavodun 3 mlrd. ABŞ dolları məbləğində borcunu öz üzərinə götürərək şirkətin aktivlərinin 100% əldə edəcəyi bildirilirdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)