BİZNES

Siqaret istehsalçısı yenidən kapitalını artırıb - 72 MİLYON MANATI KEÇİB

Sumqayıt Kimya Sənaye Parkının ərazisində siqaret istehsalçısı "Tabaterra" nizamnamə kapitalına daha 12 milyon manat əlavə edib.

Kommersiya təşkilatlarının reyestrinə əsasən, şirkətin nizamnamə kapitalı 72 milyon 10 min manata (42,3 milyon dollar) çatıb.

"Tabaterra" siqaret fabriki 2018-ci ilin noyabr ayında istismara verilib. Müəssisənin illik gücü 11 milyard ədəd siqaretdir.  

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)