Azərbaycanda Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası - YARADILIB
Azərbaycanda Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası İctimai Birliyi təsis olunub.
"ENA" xəbər verir ki, qurum ölkədə fəaliyyət göstərən taxıl istehsalçıları və emalçılarının təşəbbüsü, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə yaradılıb.
Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzində dövlət qurumlarının nümayəndələrinin, taxıl istehsalı və emalı ilə məşğul olan sahibkarların iştirakı ilə görüş keçirilib.
Görüşdə iqtisadiyyat nazirinin müavin Sahib Məmmədov, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov iştirak ediblər.