Bank

Milli Depozit Mərkəzi 4 bank ilə saziş imzaladı

Bu gün Bakıda “Baku Boulvard Hotel”də “Azərbaycan kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi – inkişaf perspektivlər” mövzusunda tədbir keçirilib.

ENA” xəbər verir ki, tədbir çərçivəsində Milli Depozit Mərkəzi və 4 bank arasında kollektiv saziş imzalanıb.

Sazişi Milli Depozit Mərkəzi İdarə Heyətinin sədri Araz Əliyev, Azər-Türk Bankın İdarə Heyətinin sədri Orxan Hüseynov, PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov, Xalq Bankın İdarə Heyəti sədrinin 1-ci müavini Kamran Məcidov, YapıKredi Bank Azərbaycan-ın İdarə Heyətinin sədri Cenk Yüksəl imzalayıblar.

Saziş Azərbaycan qiymətli kağızlar bazarında klirinq və hesablaşmaların beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə bankların klirinq təşkilatının üzvü qismində iştirakını və beləliklə də hesablaşma agenti modelinin tətbiqini nəzərdə turur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)