ENA+

Məşhur konsaltinq şirkət “Azərenerji”nin məsləhətçisi oldu

“Azərenerji” ASC modernləşdirmə istiqamətində xüsusi addım ataraq dünyanın aparıcı 10 konsaltinq şirkətlərindən biri hesab olunan “McKinsey&Company” ilə məsləhətçi xidmətlərin göstərilməsi üçün 3 illik müqavilə imzalayıb. 

Bu barədə qurumun mətbuat mərkəzinin rəhbəri Teymur Abdullayev məlumat verib. 

Müqaviləyə əsasən “McKinsey&Company”  modernləşdirmə işləri, yeni generasiya güclərinin yaradılması, elektrik stansiyalarının tikilməsi, enerjisitemin idarəetməsi, idxal-ixrac məsələləri, Strateji Yol Xəritəsinə uyğun olaraq “Azərenerji”nin hədəflərinə çatmaq və digər məsələlərdə məsləhətçi funksiyasını həyata keçirəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)