ENA+

Saatda 600 kilometr sürətlə gedən qatar - TƏQDİM EDİLDİ

Çin saatda 600 kilometr sürətlə gedəcək qatarın prototipini təqdim edib.  

"ENA" xəbər verir ki, Çin dövlət televiziyası (CCTV) ölkənin Şandong əyalətinə bağlı Çingdao şəhərində saatda 600 kilometr sürətlə hərəkət edəcək maglev qatarının prototipini montaj xəttində göstərib.

Layihəni Çinin dövlət şirkəti "China Railway Rolling Stock Corporation" (CRRC) həyata keçirir.

Eləcə də bax: Dünyanın ən uzun dəmiryolu xətti fəaliyyətə - BAŞLADI


Şirkət 2021-ci ildə testləri yekunlaşdırmağı planlaşdırır. Maglev qatarının istifadəyə verilməsi vəziyyətində saatda 350-400 kilometr sürətlə gedən yüksək sürətli qatar və saatda təxminən 800 kilometr sürətlə uçan sərnişin təyyarələri arasındakı fərqin azalacağı gözlənilir. 

Maglev qatarı layihəsi, Çin Kommunist Partiyasının 139-cu 5 İllik Planının (2016-2020)  mühüm layihələrindən biridir. Son illər yüksək sürətli qatar layihələrinə böyük sərmayələr yatıran Çin hökuməti yüksək sürətli dəmiryolu xəttlərinin uzunluğunu 25 min kilometrə çatdırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)