İstehlak kreditnin verilmə şərtində dəyişiklik edilir – PALATADAN QƏRAR
Borcalanlara milli valyutada istehlak kreditlərinin verilməsi zamanı DTI əmsalında dəyişiklik edilib.
"ENA" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının 29 maydan qüvvəyə minəcək qərarında qeyd edilir.
Qərara əsasən, borcalanın milli valyutada gəlirləri DTI (və ya BYG) əmsalı 45%-dən artıq olmamalıdır.
Eləcə də bax: “Rabitəbank” biznes üçün depozit faizlərini - İKİ DƏFƏ ENDİRDİ
Buna kimi isə, borcalanın yaşayış minimumu göstəricisinin 3 mislindən aşağı olduqda 40%-dən, yuxarı olduqda 50%-dən artıq olmamasə qeyd edilirdi.
Borcalanın ayliq borc yükünün onun gəlirlərinə nisbəti (DTİ əmsalı) hesablanmalıdır. DTİ əmsalı qeyd olunan düsturla hesablanır.
Burada,
- D – borcalanın borc yükü
- PMT – yeni kredit üzrə aylıq ödəniş
- İ – borcalanın vergidən sonra xalis gəliri