MALİYYƏ

Auditorların sayının azaldılmasına - PALATADAN AÇIQLAMA

"Hesablama Palatası fəaliyyət göstərdiyi son 18 il ərzində 5 auditor ilə fəaliyyət göstərib, 2 auditor həmişə vakant olub. Yəni ciddi ehtiyac olmadığı üçün və büdcə xərclərinə optimal yanaşma baxımından biz bu dəyişikliyi etmişik".

ENA.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, Hesablama Palatasının fəaliyyətində heç bir dəyişiklik yoxdur.

Qeyd edək ki, keçən ilin oktyabrında Milli Məclisin Daxili Nizamnaməsinə edilən dəyişikliyə əsasən auditorların sayı 7-dən 5-ə endirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department