Büdcə təşkilatı 9 xidməti avtomobili birdən aldı
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti 9 ədəd "Khazar" avtomobili alıb.
"ENA.az" rəsmi məlumata istinadən xəbər verir ki, birbaşa satınalma müqaviləsi 13 mayda büdcə təşkilatı ilə "Azərmaş" MMC arasında bağlanıb.
Nəqliyyat vasitələrinin quruma neçəyə başa gəlməsi açıqlanmasa da dövlət satınalmaları yolu "Khazar LD" avtomobili son olaraq 18 000manatdan, "Khazar SD" - 16 500 manatdan alınıb.