Qeyri-Bank

"Avrasiya-Kredit" zərərdən mənfəətə keçib

"Avrasiya-Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 313 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2017-ci ildən 74 min manat zərərlə çıxmışdı.

Ötən il "Avrasiya-Kredit"in gəlirləri 887 min manat, o cümlədən faiz gəlirləri 369 min manat, qeyri-faiz gəlirləri 518 min manat, xərcləri 496 min manat, o cümlədən faiz xərcləri 0 manat, qeyri-faiz xərcləri 491 min manat, mənfəət vergisi ödəmələri isə 78 min manat təşkil edib.

Bu il yanvarın 1-nə "Avrasiya-Kredit"in aktivləri 2 milyon 199 milyon manat olub ki, bu da illik müqayisədə 35,4% çoxdur. Bunun 1 milyon 661 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 3,1 dəfə böyüyüb.

Hesabat dövründə "Avrasiya-Kredit"in öhdəlikləri 3,15 dəfə artaraq 66 min manata, balans kapitalı isə 33% artaraq 2,132 milyon manata çatıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)