Sığorta

“Xalq Həyat Sığorta” İcbari Sığorta Bürosunun reyestrinə daxil edilib

Maliyyə Bazarlarına Nəzarət Palatasının bu ilin mart ayında lisenziya verdiyi “Xalq Həyat Sığorta” ASC “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növünü həyata keçirmək üçün İcbari Sığorta Bürosunun (İSB) reyestrinə daxil edilib.

“ENA” bu barədə İSB-yə istinadən xəbər verir.

Bununla da, Büronun üzvü olan sığorta şirkətlərinin sayı 17-yə çatıb. 

Xatırladaq ki, “Xalq Həyat Sığorta” ötən ilin noyabr ayında yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmdarı 100% “Xalq Sığorta” ASC-dir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)