Sənaye

Azərbaycanın təbii qaz ixracından gəlirləri artıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən 4 039,658 mln. kubmetr həcmində təbii qaz ixrac edib.

"ENA"nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə təbii qazın dəyəri 637,955 mln. ABŞ dolları təşkil edib.

Bu ilin dörd ayında ixrac olunan təbii qazın həcmi ötən ilin müvafiq dövründən iki dəfədən artıq, dəyəri isə 86% çox olub.

Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 9% olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)