Avtomobil

Ölkəyə gətirilən avtomobillərin sayı artıb

2019-cu ilin Yanvar- Aprel ayları ərzində Azərbaycana 11 min 695 ədəd cəmi nəqliyyat vasitəsi idxal olunub.

“ENA” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilin Yanvar- Aprel dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Ötən ilin Yanvar-Mart dövründə ölkəmizə 5 min 310 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.

2019-cu ilin Yanvarında 2 min 512 ədəd, Fevralında 2 min 657 ədəd, Martında 2 min 809 ədəd, Aprelində isə 3 min 717 ədəd nəqliyyat vasitəsi idxal edilib. Mart ayı ilə müqayisədə Apreldə nəqliyyat vasitəsi idxalı 908 ədəd çox olub. 

O cümlədən, 2019-cu ilin Yanvar-Aprel aylarında 10 min 614 ədəd minik avtomobili, 53 ədəd avtobus, 974 ədəd yük avtomobili və 54 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.

​Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin Yanvar-Aprel dövründə 4 min 785 ədəd minik avtomobili, 23 ədəd avtobus, 477 ədəd yük avtomobili və 25 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department