Hadisə

"AccessBank"dan qanunsuz yolla kredit alan sahibkar cinayət məsuliyyətinə cəlb edildi

Bankdan qanunsuz yolla kredit alan Quryanov Səbuhi Süleyman oğlu barəsində cinayət işi başlanıb.

"ENA" xəbər verir ki, S. Quryanov Cinayət Məcəlləsinin 195.2 (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham edilir.

İş üzrə zərərçəkmiş şəxs qismində “Accessbank” Qapalı Səhmdar Cəmiyyəti tanınıb. S.Quryanovun cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)