Hadisə

Bakının mərkəzində su borusu partladı - Küçəni su basdı, tıxac yarandı - FOTOLAR

Rəşid Behbudov küçəsindən keçən su-kanalizasiya sistemində baş verən nasazlıqla əlaqədar olaraq yolun hərəkət hissəsində çətinliklər yaranıb.

"ENA"ya BNA-dan daxil olan məlumata görə, bu səbəbdən də hazırda Rəşid Behbudov küçəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Hərəkətin intensivliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür. Svetoforlarda yaşıl dalğa tətbiq edilib. 

Qeyd edək ki, su borusunun partlaması nəticəsində küçələri su basıb. Hazırda hadisə baş verən yerə ASC-nin qəza xidməti cəlb olunub, borunun bərpası üzrə işlər aparılır

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)