İnşaat və əmlak

Sumqayıtda tikiləcək güzəştli mənzillər barədə - YENİ XƏBƏR

Mənzil İnşaatı Dövlət Agentliyi ilkin olaraq Sumqayıtda 2 çoxmərtəbəli yaşayış binası tikəcəkdir.

"ENA" xəbər verir ki, 2 ədəd 9 mərtəbəli 2 bloklu yaşayış binası Sumqayıt şəhəri 41-ci məhəllədə 0,76 hektar torpaq sahəsində tikiləcəkdir.

Agentlik bu yaşayış binalarının tikintisi ilə əlaqədar açıq tender elan edib. İddiaçılar öz təkliflərinin 13 İyun 2019-cu il tarixinədək "MİDA" MMC-yə təqdim etməlidirlər. Tenderin qalibi yaşayış binalarının tikintisi ilə məşğul olacaqdır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)