Dünya birjalarında neft bahalaşıb
Dünya birjalarında neftin qiyməti dəyişib.
"ENA.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,18 dollar və ya 0,29% artaraq 61,22 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,22 dollar və ya 0,31% artaraq 70,45 dollar təşkil edib.