Elm və Texnologiya

"Instagram"da Ramazanla bağlı yenilik tətbiq edildi

"Instagram" Ramazan ayı ilə əlaqədar olaraq "Month of Good" adlı yeni kampaniya başladıb.

"ENA.az" xarici KİV-ə istinadən xəbər verir ki, kampaniyanın tərkib hissəsi kimi izləyicilərə Ramazan ayı ilə bağlı yeni kamera effekti təqdim edilib. Belə ki, "Happy Ramadan" adlanan yeni effekti istifadə etmək üçün "Instagram" səhifəsindəki "hekayə" hissəsinə daxil olmaq lazımdır.

Qeyd edək ki, yeni kampaniya Ramazan ayının sonuna kimi davam edəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)