Vakansiyalar

"Yapı Kredi Azərbaycan" işçi axtarır - VAKANSİYA

“Yapı Kredi Bank Azərbaycan”nın Müxbir Bankçılıq və Fondların İdarəolunması Departamentinə mütəxəssis tələb olunur.

 

Tələblər:

-İqtisadiyyat, Maliyyə, Mühəndislik, Mühasibat fakultələri üzrə ali təhsil.

-Mükəmməl dərəcədə ingilis dili biliyi (müvafiq hesabatların ingilis dilində hazırlanması üçün) həmçinin Türk ve Rus dili bilikləri

-Excel, Powerpoint, Access, Word ofis proqramları biliyi;

-Tercihan Müxbir Bankçılıq və Fondların İdarəolunması üzrə bank sahəsində ən azı 1-3 il iş təcrübəsı.

 

Əsas iş funksiyaları:

-Bankın öz müştəriləri və digər banklar ilə konvertasiya əməliyyatlarının aparılması; Daxili və xarici pul bazarında əməliyyatlar

-Müxbir banklarla əlaqələr ve Müxbir hesablara nəzarət, yerli və  xarici Banklarda yeni hesabların açılması;

-Qiymətli kağızlar üzrə əməliyyatlara, əsas və kupon ödəmələrinə nəzarət;

-Müvafiq qurumlara hesabatların hazırlanıb göndərilməsi; Rəhbərlik tərəfindən tələb edilən digər hesabatların hazırlanması

-Banklara ve maliyyə qurumlarina limit açılması üçün kredit təkliflərinin hazırlanması

Beynəlxalq ticarəti əməliyyatlarının (Qarantiya, Akkreditiv) icra edilmesi.

 

Email: hr@yapikredi.com.az

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department