Hesabatlar

Dövlət poçt operatoru zərərdə!

Dövlət poçt operatoru “Azərpoçt” MMC 2018-ci ilin yekunlarına görə, 335 min 568 manat məbləğində zərərlə işləyib.  Halbuki, “Azərpoçt” 2016-cı ili 4 milyon 595 min manat, 2017-ci ili isə 2 milyon 952 min manat xalis mənfəət ilə başa vurmuşdu.

"ENA.az" “Azərpoçt”un maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il cəmi gəlirlər 47 milyon 118 min 564 manat, cəmi xərcləri isə 47 milyon 453 min 132 manat təşkil edib. 


2017-ci ildə “Azərpoçt”un cəmi gəlirləri 46 milyon 10 min manat təşkil etmişdi. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)