Hadisə

Salyanda məktəblilər olan mikro-avtobus aşdı - Ölən və yaralananlar var

Salyan məktəblilərin olduğu avtomobil qəza törədib, bir nəfər ölüb.

"BI" xəbər verir ki, Şirvan şəhərindən şagirdləri Cəlilabad rayonuna güləş yarışına aparan sürücü idarə etdiyi “Mercedes Vito” markalı mikro avtobusun idarəetməsini itirərək aşırıb.

Qəza nəticəsində Şirvan sakini, 12 yaşlı Əhmədov İlkin Adil oğlu vəfat edib, digər iki şagird isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyindən  verilən məlumata görə, qəza nəticəsində 1 uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib. Biri sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir.

Salyan Mərkəzi Rayon xəstəxanasından bildirilib ki, qəzada yaralanan şagirdlər travmatologiya şöbəsinə yerləşdirilib: “Yaralılar müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırda həkim müdaxiləsi edilir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)