Hadisə

Bakıda sərnişin avtobusu qızaya düşüb, azı 10 nəfər xəsarət alıb

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

"BI" xəbər verir ki, hadisə aeroport yolunda, "Buta Palace" yaxınlığında qeydə alınıb.

Belə ki, şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili arxadan Bilgəh qəsəbəsi - "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən, 10-TG-909 Dövlət qeydiyyat nişanlı 171 sərnişin avtobusuna çırpılıb. 

 

Hadisə nəticəsində avtobusun azı 10 sərnişini xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 

Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyinin əməkdaşları qəza yerinə gedib, araşdırma aparılıb. 

Qeyd edək ki, 171 saylı sərnişin avtobusu daha əvvəl də "Mercedes"lə toqquşub .

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)